Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən, 28-30 avqust tarixlərində daxili işlər orqan və hissələri arasında idmanın sambo növü üzrə şəxsi və komanda birinciliyi uğrunda yarış keçirilmişdir. Daxili Qoşunların yığma komandasının 9 idmançısının güclərini sınadığı bu yarışda hərbi qulluqçularımız yüksək nəticələr əldə etmişlər. Belə ki, şəxsi birincilikdə 62 kq çəki dərəcəsində çavuş İslamov Qardaş İslam oğlu, 74 kq çəki dərəcəsində baş leytenant Rəcəbov Qasım Ələsgər oğlu, 90 kq çəki dərəcəsində leytenant Rzayev Seymur Zahid oğlu və 100 kq çəki dərəcəsində müddətdən artıq xidmət edən əsgər İsmayılov Vüqar Məmmədqasım oğlu 1-ci yeri tutmuşlar. Əsgər İbrahimli Kənan Vüqar oğlu və müddətdən artıq xidmət edən əsgər Mehrəliyev Araz Əhliman oğlu isə müvafiq olaraq 62 və +100 kq çəki dərəcəsində 3-cü pillədə qərarlaşmışlar.
 
  Komanda birinciliyində hərbi qulluqçularımızın topladığı xalların ümumi nəticəsinə görə Daxili Qoşunların yığma komandası bütün rəqiblərini geridə qoyaraq, kürsünün ən yüksək pilləsinə sahib çıxmışdır. Qalib komandamızın üzvləri kubok və fərmanlarla mükafatlandırılmışlar.
 
  Komandamızı ürəkdən təbrik edir və uğurlarının davamlı olmağını arzulayırıq!