ALİ HƏRBİ MƏKTƏBİN STRUKTURU
Daxili Qoşunların Ali Hərbi Məktəbi Daxili Qoşunlar Komandanının 30 sentyabr 1994-cü il tarixli, müvafiq əmrinə əsasən Bakı şəhər Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində Tədris Taboru kimi yaradılmışdır.
Azərbaycan və Türkiyə dövləti 31.10.1997-ci il tarixində Türkiyə Jandarm təşkilatı tərəfindən DQBİ-nin şəxsi heyətinə Təlim-tədris və Arxa cəbhə üzrə göstəriləcək yardıma dair imzalanmış Protokolun tələblərinə uyğun olaraq, Daxili Qoşunlarda müasir tələblərə cavab verən Tədris müəssisəsinin yaradılmasına start verilmişdir.
05 iyul 2001-ci il tarixdə Daxili Qoşunlar Komandanının müvafiq əmrilə Tədris Mərkəzi kimi fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 20 sentyabr 2003-cü il tarixli əmri ilə Tədris Mərkəzinin bazasında "N" saylı hərbi hissə yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2006-cı il tarixli qərarına əsasən, həmin hərbi hissənin nəzdində Daxili Qoşunların Orta İxtisas Hərbi məktəbi yaradılmışdır.
04 iyul 2008-ci il tarixində Azərbaycan Respublikası Daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən hərbi hissəyə döyüş bayrağı təqdim olunmuşdur.
Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta Ixtisas Hərbi məktəbinin bazasında yaradılmışdı.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 09 iyul tarixli Fərmanı ilə Ali Hərbi Məktəbin Nizamnaməsi təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general - mayor Məmmədov İlqar Aydın oğlu.
Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general - mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunmuşdur. Məmmədov İlqar Aydın oğlu 7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Əli Bayramlı şəhərində anadan olmuşdur.
1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikasının Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitirmişdir. 1991-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir.
1992-2013-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini – qərargah rəisi vəzifələrində xidmət etmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general – mayor hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.
Ailəlidir. İki övladı var.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər azərbaycan dilini sərbəst bilən, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.
Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – 6 dəfə, qaçış – 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə, qolların üzərində bədənin döşəmədən qaldırılılıb-endirilməsi – 18 dəfə, gövdənin döşəmədən qaldırılılıb-endirilməsi – 18 dəfə).
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir.
İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.
Məktəbi müvəffəqiyyətlə bitirmiş məzunlara “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2020-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilmir.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti);
– yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış;
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
– oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə;
– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Məktəbə namizədlərin ərizə və sənədlərinin qəbulu 2020-ci il mart ayının 1-dən aprel ayının 10-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir.
DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar üçün ali xüsusi – hərbi təhsilli kadrların hazırlanmasını, zabit və gizirlərin ixtisaslarının artırılmasını və elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir.
Daxili Qoşunların Ali Hərbi Məktəbi “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası üzrə kadrların hazırlanmasını həyata keçirir.
Ali Hərbi Məktəbdə tədris Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirilir. Təhsil müddəti dörd ildir.
Ali Hərbi Məktəbdə mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı Bakalavriat səviyyəsində aparılır.
Bakalavriat – ali təhsilin birinci səviyyəsidir. Bakalavriat təhsili səviyyəsində tam orta təhsil bazasında təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Ali Hərbi Məktəbi bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi, qanunvericiliklə nəzərdə tutulmuş diplom, döş nişanı, 3-cü məharət dərəcəsi və Daxili İşlər Nazirinin əmri ilə “leytenant” hərbi rütbəsi verilir.
Ali Hərbi Məktəbin məzunlarına aşağıdakı ixtisasların verilməsi nəzərdə tutulur:
- Hərbi ixtisas - “Ali xüsusi-hərbi təhsilli zabit”
- Mülkü ixtisas - “İctimai təhlükəsizlik və idarəetmə” bakalavr dərəcəsi.
4 illik təlim - tədris müddətində cəmi 7200 saat dərs və praktiki təlim planlaşdırılmışdır.
Kursantlar təhsil müddətində yemək, xüsusi geyim forması, yataqxana ilə təmin olunur və təqaüd alırlar.
Tədris ili sentyabr ayında başlayır və imtahan sessiyası ilə qurtaran iki semestrə bölünür. Hər semestr 20 həftədən ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Ali Hərbi Məktəbin təlim və tədris üzrə əsas məqsədi hər bir kursantı:
- liderlik, idarəçilik, komandirlik keyfiyyətlərinə sahib,
- peşəsini sevən, cəsurluq, fədakarlıq, dürüstlük kimi keyfiyyətləri qazanmış, ədalətli müasir düşüncəyə sahib,
- rəhbərlik etdiyi kollektivin döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaq bacarığına malik,
- verilən tapşırıqları ona verilmiş səlahiyyətlər çərçivəsində keyfiyyətlə və vaxtında yerinə yetirən,
- biliklərə və praktiki vərdişlərə malik olan, hərbi hissələrin (bölmələrin) döyüş həmçinin xüsusi əməliyyatlarını təşkil və idarə etməyi, silah , hərbi texnikanın səmərəli istismarını, təmirini, şəxsi heyətlə təlim , tərbiyə işini qurmağı, qanunlara müəyyən edilmiş qaydalara ciddi əməl olunmasını təmin etməyi bacaran,
- Vətənə, dövlətə, dövlətçiliyə həmçinin hərbi anda sadiqlik, hərbi xidmətin çətinliklərinə dözümlülük keyfiyyətlərinə malik, Azərbaycan Respublikasının qanunlarına və hərbi nizamnamələrinin tələblərinə sözsüz əməl etməyə qadir və bunları şəxsi heyətə aşılamağı bacaran,
- yüksək hərbi - peşə keyfiyyətlərinə, icraçılıq qabiliyyətinə, hərbi xidmətin bütün çətinliklərinə dözməyə, şərait tələb etdikdə həyatı bahasına olsa belə əmri yerinə yetirməyə qadir olan,
- yüksək peşəkarlığa, lazımi hərbi mədəniyyətə və hərbi etikaya malik olan, ümumelmi fənləri dərindən bilən, hərbi xidmətdə qarşıya çıxan çətinlikləri qanunların və müəyyən edilmiş qaydaların tələblərinə uyğun həll etməyi, habelə şəxsi heyəti vətənpərvərlik ruhunda yetişdirməyi bacaran,
- rəhbərlik etdiyi bölmənin vəzifə analizini və təlim tapşırıqlarını müəyyən etməyi bacaran, yuxarı komandanlığın əmrləri əsasında təlim proqramını tərtib edə bilən, təlim məşğələlərini yüksək səviyyədə təşkil edərək bölməsinə öyrədə bilən bir komandir hazırlamaqdır,
- Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim – tədrisin məqsədi kursantları taqım komandiri, bölük komandiri səviyyəsində hazırlamaqdır,
Xızı təlim mərkəzində təlim – tədrisin məqsədi, kursantların (müdavimlərin) nəzəri biliklərinin möhkəmləndirilməsi, praktiki vərdişlərinin artırılması, döyüş şərtlərinə yaxın şəraitlərdə bölmələrin idarə edilməsi üsullarına yiyələnmələrini həmçinin təhkim olunmuş silah və texnikanı mükəmməl mənimsənilməsinin təmin edilməsidir.
Təlim – tədrisin planlaşdırılması zamanı aşağıda göstərilən cəhətlər də nəzərə alınır:
- kursantlara Daxili Qoşunların ehtiyaclarına və dövrün tələblərinə uyğun təhsilin verilməsi və qazandıqları bilikləri nə vaxt, harada, necə tətbiq edəcəkləri praktiki olaraq göstərilir, təlim – tədrisdə kursantların savadlı və bacarıqlı bir hərbi qulluqçu kimi hazırlanmasına fikir verilir, sistemli bir şəkildə fərdi və qrup halında çalışmalar təşkil edilib keçirilir.
KURS BİRİNCİSİ OLDU
Daxili Qoşunların sıralarında nizam-intizamı, yüksək döyüş hazırlığı və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçulardan biri də gizir Tural Hüseynovdur. O, iyun ayının 6-da Daxili Qoşunların Ali Hərbi Məktəbinin gizir hazırlayan kursun 11-ci dönəmini müvəffəqiyyətlə bitirərək məzunlar arasında birinci yerə layiq görülmüşdür.
Gizir Tural Miqadil oğlu Hüseynov 1990-cı il yanvarın 8-də Salyan rayonunun Qarabağlar kəndində anadan olub. 2008-2009-cu illərdə Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmət keçib. Xidməti dövründə Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə kiçik komandir hazırlayan kursu bitirərək, "çavuş" hərbi rütbəsinə layiq görülüb. 2012-ci ilin sentyabr ayından hərbi hissədə müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmətini davam etdirməyə başlayıb.
Gizir T.Hüseynov hazırda dəstədə bilik və bacarığı ilə sayılıb-seçilən qrup komandirlərindən biri kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Yüksək nizam-intizamına və nümunəvi xidmətinə görə o, Daxili Qoşunların Komandanı, həmçinin hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.
Daxili Qoşunların hərbi qulluqçusu kimi həmişə bilik və bacarığı, müsbət keyfiyyətləri ilə həmkarlarından fərqlənən və daim öndə olmağa çalışan Tural, bu dəfə də "ənənəsinə" sadiq qalaraq, Daxili Qoşunların Ali Hərbi Məktəbinin gizir hazırlayan kursun 11-ci dönəmini müvəffəqiyyətlə bitirib. Qoşunların müxtəlif hərbi hissələrini təmsil edən məzunlar arasında birinci yerə layiq görülüb.
Gizir T.Hüseynovun arzusu isə gələcəkdə zabit kimi qoşunların sıralarında xidmətini davam etdirməkdir. Ona görə də daim öz üzərində çalışır, bilik və bacarığını artırmağa səy göstərir.
Döyüş ənənələri olan hərbi hissəmizi kurs müddətində layiqincə təmsil edərək birincilik əldə etmiş gizir T.Hüseynovu təbrik edir, xidməti fəaliyyətində uğurlar arzulayırıq. Belə hərbi qulluqçularımızla qürur duyuruq.
ALİ HƏRBİ MƏKTƏBDƏ HƏRBİ VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
İLK DƏFƏ OLARAQ ALİ HƏRBİ MƏKTƏBİN KURSANTLARI VƏTƏNƏ SƏDAQƏT ANDI İÇDİLƏR
Sentyabrın 12-də Daxili Qoşunların Ali Hərbi Məktəbində ilk dəfə olaraq kursantların təntənəli şəkildə andiçmə mərasimi keçirildi. Tədbir Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədovun Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanına şəxsi heyətin mərasimə düzülməsi barədə məruzəsi ilə başlandı. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.
Kursantlar hərbi anda gətirildikdən sonra ilk olaraq çıxış edən məktəb rəisi general-mayor İ.Məmmədov bu günü Ali Hərbi Məktəbin tarixində baş verən əlamətdar hadisə kimi qiymətləndirərək zabit peşəsinin ən şərəfli peşələrdən olduğunu bildirdi. Qeyd etdi ki, zabit olmaq bütün həyatını Vətənə xidmətə həsr etməklə yanaşı, vətənpərvər, cəsur, savadlı və ədalətli olmaq kimi xüsusiyyətləri özündə birləşdirməyi tələb edir. Bu keyfiyyətləri gələcəyin zabitlərinə aşılamaqdan ötrü Ali Hərbi Məktəbin komandir və müəllim heyəti var gücü ilə çalışacaqdır.
Çıxış zamanı kursantların təhsili üçün Ali Hərbi Məktəbdə yüksək standartlara cavab verən maddi-texniki tədris bazası və məişət şəraitinin yaradıldığı, abadlıq-quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyi vurğulandı. Daxili Qoşunların müasir silah və texnika ilə tam təchiz olunduğunu söyləyən general-mayor İ.Məmmədov torpaqlarımızın düşmən tapdağından azad olunmasında gələcək zabitlərin də öz sözlərini deyəcəklərinə əminliyini ifadə etdi.
Kursant Xəyal Zeynalov isə öz növbəsində bütün yoldaşları adından Vətəni göz bəbəkləri kimi qoruyacaqlarına, lazım gələrsə, onun uğrunda canlarını fəda edəcəklərinə, zabit adına hər zaman layiq olmağa çalışacaqlarına söz verdi.
Valideynlər adından çıxış edən İlqar Məhərrəmov bütün valideynləri təbrik edərək, bu keşməkeşli, lakin müqəddəs və şərəfli yolda hər bir kursanta müvəffəqiyyət arzuladı. Onları mükəmməl hərbi biliklərə yiyələnərək, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmrləri layiqincə yerinə yetirməyə və Vətənə sədaqətlə xidmət etməyə çağırdı.
Daha sonra təbrik və tövsiyələrini çatdıran Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general – mayor Şahin Məmmədov hərbi andiçmə günü münasibəti ilə kursantları səmimi qəlbdən təbrik edərək bu andan etibarən onların qoşunların bütün şəxsi heyəti kimi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün məsuliyyət daşıdıqlarını bildirdi. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərdiyi qayğısını xüsusilə vurğulayan Daxili Qoşunlar Komandanı bu diqqətin hər bir hərbi qulluqçunu öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığını söylədi.
General-mayor Ş.Məmmədov sonda bir daha qoşunların sıralarına yeni qoşulan gənclərin daim Vətənimiz Azərbaycana sədaqət hissi ilə xidmət edəcəklərinə, mükəmməl hərbi biliklərə yiyələnəcəklərinə və dövlətimizin qorunması, ölkəmizin daha da qüdrətlənməsi, inkişafı və tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklərinə inandığını bildirdi.
Təntənəli mərasimdə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Nevzat Taşdelen iştirak etmişdir.
Tədbir şəxsi heyətin təntənəli keçidindən sonra Ali Hərbi Məktəbin marşının ifası ilə başa çatdı.
DAXİLİ QOŞUNLARIN ALİ HƏRBİ MƏKTƏBİNDƏ YENİ TƏDRİS İLİNİN AÇILIŞI OLMUŞDUR

Sentyabrın 15-də DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2014-2015-ci təlim-tədris ilinin açılış mərasimi keçirilmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himni səsləndirilmişdir.
Mərasimdə çıxış edən Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov yeni tədris ilinin açılışı münasibətilə şəxsi heyətə, pedaqoji kollektivə, eləcə də Ali Hərbi Məktəbə bu il daxil olmuş kursantlara Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun təbrik və tövsiyələrini çatdırmışdır.
Təbrikdə qeyd olunmuşdur ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən daha da gücləndirilmiş müstəqil Azərbaycanın Silahlı Qüvvələrində Vətənə xidmət etməkdən şərəfli heç nə ola bilməz. Yalnız Vətəni sevməklə onu qorumaq mümkün deyil, bunun üçün peşəkarlıq da tələb olunur: "Siz kursantların peşəkar zabit kimi formalaşması üçün ölkə prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların Ali Hərbi Məktəbində bütün şərait yaradılıb. Hər bir müəllim, komandir dövlətimiz qarşısında öz məsuliyyətini dərk edir, qarşıya qoyulmuş tapşırıqları keyfiyyətlə yerinə yetirir".
Hərbi məktəbin kollektivinə inamın ifadə olunduğu təbrikdə Daxili Qoşunların Komandanı bir daha şəxsi heyəti səmimi qəlbdən təbrik etmiş, onlara yeni dərs ilində uğurlar, müvəffəqiyyətlər arzulamışdır.
Şəxsi heyətin təntənəli keçidindən sonra açılış mərasimi sona çatmışdır. Qeyd edək ki, yeni tədris ilinin ilk dərsi Ali Hərbi Məktəbin rəisi tərəfindən keçirilmişdir. DİN-in Daxili Qoşunlarının yaranma tarixi, formalaşma dövrü, Qarabağ savaşındakı qəhrəmanlıq nümunələri, o cümlədən qoşunların qarşısında duran vəzifələr barədə kursantlara ətraflı məlumatlar verilmişdir.
UNUDULMAZ ANLAR
2014-cü ildə ölkəmizin ali təhsil ocaqları sırasına biri də əlavə olundu. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli sərəncamı ilə yaradılmış, 09 iyul 2012-ci il tarixli fərmanı ilə əsasnaməsi təsdiq olunmuş Azərbaycan Republikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin qapıları ömrünü hərbi sənətə bağlamaq istəyən gənclərimizin üzünə açıldı.
Daxili Qoşunlar üçün peşəkar zabit kadrları hazırlamaq məqsədilə yaradılmış bu Ali Hərbi Məktəb ilk gündən daxili nizam-intizamı, tədris və təlimin keyfiyyəti, kursantların mənəvi-psixoloji hazırlığına xüsusi diqqət yetirməsi ilə seçilməyə başladı.
Fəaliyyətə başladığı gündən cəmi bir neçə ay keçməsinə baxmayaraq, Ali Hərbi Məktəbin pedaqoji kollektivi bir neçə dərs vəsaiti, təbliğat və tərbiyəvi xarakterli kitabçalar hazırlayaraq müdavimlərə təqdim etməyə imkan tapıb.
Hərbi xidmətin yüksək səviyyədə təşkil olunmasının təminatçısı zabitdir. Buna nail olmaq üçün gələcək komandirlərin təkcə elmi-nəzəri, taktiki-texniki, fiziki hazırlığı kifayət deyil, onların mənəvi-psixoloji durumu da müasir dövrün tələblərinə uyğun olmalıdır. Zabitləri yurdunu, dövlətini və xalqını ürəkdən sevən, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişdirmək üçün müasir İKT-dən, mətbuatın, televiziyanın, kino və teatrın imkanlarından geniş istifadə etmək lazımdır. Buna nail olmaq üçün Daxili Qoşunlar Komandanının göstərişinə əsasən, Ali Hərbi Məktəb rəhbərliyi kursantların alimlər, yazıçılar, incəsənət xadimləri, müharibə və silahlı qüvvələr veteranları ilə görüşlərini planlaşdıraraq bu vacib işin icrasına start verib.
19 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin ilk kursantları ilə döyüşçü-şair, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ikinci dərəcəli müharibə əlili, tanınmış pedaqoq və psixoloq Elxan Xəzər ilə görüşü keçirilmişdir.
Şairin veteran dostları - Daxili Qoşunların Veteranlar Şurasının sədri Murad Mürsəlov, sədr müavini Telman Aslanov, şura üzvləri: Səfxan Bayramov, Mehralı Şamxalov, Əlixan Bünyatov və Yalçın Abbasov da onunla birlikdə kursantların görüşünə gəlmişdi.
Görüşü giriş sözü ilə açan polkovnik Sahib Babayev ziyalı, alim, şair və yazıçıların gənclərlə, xüsusən hərbi sahəni seçmiş cavanlarla görüşlərinin əhəmiyyətindən söhbət açdı, belə tədbirlərin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəldilməsində böyük rol oynadığını vurğuladı. O qeyd etdi ki, tanınmış yaradıcı insanlardan biri olan Elxan Xəzərlə görüşlərin daha böyük dəyəri var. Ona görə ki, Elxan müəllim gözəl söz ustası olmaqla yanaşı, Daxili Qoşunların veteranıdır. Bir müddət bu hərbi qurumun tərkibində xidmət edib. O, 1992-ci ilin avqustundan 1993-cü ilin martınadək Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak edərək iki dəfə yaralanıb. Sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Ənvər Arazovun rəhbərlik etdiyi hərbi hissədə döyüş xidməti üzrə komandir müavini olan Elxan Xəzər o dövrdə aparılmış uğurlu əməliyyatların ön sırasında olmuş və 10-dan artıq yaşayış məntəqəsinin azad olunmasında iştirak etmişdi. Hələ cəbhədə olduğu dövrdə qələmə aldığı şeirlərlə əsgərləri döyüşə ruhlandırmışdır. 1993-cü ildə “Səngər nəğmələri” adı ilə çap olunmuş kitabdakı poetik nümunələr həmin dövrün məhsuludur.
İndi şairin 20-dən artıq kitabı nəşr olunub və onların bir çoxu hərbi hissələrimizin kitabxanalarında ən dəyərli tərbiyə vasitəsi kimi əsgər və zabitlərin istifadəsindədir. Polkovnik S.Babayev bildirdi ki, onunla hər görüşü səbrsizliklə gözləyir və müəyyən hazırlıq işləri aparırıq. Elə bu görüşdə də kursantlardan bir neçəsi Elxan Xəzərin şeirlərindən nümunələri tədbir iştirakçılarına təqdim etdi.
Sonra o, Elxan Xəzərin həyat və yaradıcılığı haqqında məruzə etmək üçün müharibə veteranı, hərbi jurnalist Yalçın Abbasova söz verdi. Y.Abbasov hərbçi-şairin həyatı, xidməti fəaliyyəti, döyüş yolu, yaradıcılığı, respublika veteran hərəkatında tutduğu layiqli yeri haqqında geniş məruzə etdi.
Ali Hərbi Məktəbin kursantları Elxan Xəzərin “Türkün hər şeyi var”, “Biz etməsək, kim edəcək”, “Döyüşçü nəğməsi”, “Nicat vuruşdadır”, “İndi hünər vaxtıdır”, “Qoy hamı bilsin ki” şeirlərini söylədilər.
Daxili Qoşunların Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik-leytenant Murad Mürsəlov isə şair dostu ilə bağlı xatirələrini danışaraq Elxan Xəzərə həsr etdiyi şeiri oxudu.
Daha sonra döyüşçü-şair Elxan Xəzər tədbir iştirakçıları qarşısında çıxış edərək kursantlara məsləhət və tövsiyələrini verdi, arzu və istəklərini çatdırdı, müxtəlif kitablara daxil edilmiş şeirlərindən nümunələr səsləndirdi.2014-cü ildə ölkəmizin ali təhsil ocaqları sırasına biri də əlavə olundu. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli sərəncamı ilə yaradılmış, 09 iyul 2012-ci il tarixli fərmanı ilə əsasnaməsi təsdiq olunmuş Azərbaycan Republikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin qapıları ömrünü hərbi sənətə bağlamaq istəyən gənclərimizin üzünə açıldı.
Daxili Qoşunlar üçün peşəkar zabit kadrları hazırlamaq məqsədilə yaradılmış bu Ali Hərbi Məktəb ilk gündən daxili nizam-intizamı, tədris və təlimin keyfiyyəti, kursantların mənəvi-psixoloji hazırlığına xüsusi diqqət yetirməsi ilə seçilməyə başladı.
Fəaliyyətə başladığı gündən cəmi bir neçə ay keçməsinə baxmayaraq, Ali Hərbi Məktəbin pedaqoji kollektivi bir neçə dərs vəsaiti, təbliğat və tərbiyəvi xarakterli kitabçalar hazırlayaraq müdavimlərə təqdim etməyə imkan tapıb.
Hərbi xidmətin yüksək səviyyədə təşkil olunmasının təminatçısı zabitdir. Buna nail olmaq üçün gələcək komandirlərin təkcə elmi-nəzəri, taktiki-texniki, fiziki hazırlığı kifayət deyil, onların mənəvi-psixoloji durumu da müasir dövrün tələblərinə uyğun olmalıdır. Zabitləri yurdunu, dövlətini və xalqını ürəkdən sevən, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişdirmək üçün müasir İKT-dən, mətbuatın, televiziyanın, kino və teatrın imkanlarından geniş istifadə etmək lazımdır. Buna nail olmaq üçün Daxili Qoşunlar Komandanının göstərişinə əsasən, Ali Hərbi Məktəb rəhbərliyi kursantların alimlər, yazıçılar, incəsənət xadimləri, müharibə və silahlı qüvvələr veteranları ilə görüşlərini planlaşdıraraq bu vacib işin icrasına start verib.
19 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin ilk kursantları ilə döyüşçü-şair, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ikinci dərəcəli müharibə əlili, tanınmış pedaqoq və psixoloq Elxan Xəzər ilə görüşü keçirilmişdir.
Şairin veteran dostları - Daxili Qoşunların Veteranlar Şurasının sədri Murad Mürsəlov, sədr müavini Telman Aslanov, şura üzvləri: Səfxan Bayramov, Mehralı Şamxalov, Əlixan Bünyatov və Yalçın Abbasov da onunla birlikdə kursantların görüşünə gəlmişdi.
Görüşü giriş sözü ilə açan polkovnik Sahib Babayev ziyalı, alim, şair və yazıçıların gənclərlə, xüsusən hərbi sahəni seçmiş cavanlarla görüşlərinin əhəmiyyətindən söhbət açdı, belə tədbirlərin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəldilməsində böyük rol oynadığını vurğuladı. O qeyd etdi ki, tanınmış yaradıcı insanlardan biri olan Elxan Xəzərlə görüşlərin daha böyük dəyəri var. Ona görə ki, Elxan müəllim gözəl söz ustası olmaqla yanaşı, Daxili Qoşunların veteranıdır. Bir müddət bu hərbi qurumun tərkibində xidmət edib. O, 1992-ci ilin avqustundan 1993-cü ilin martınadək Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak edərək iki dəfə yaralanıb. Sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Ənvər Arazovun rəhbərlik etdiyi hərbi hissədə döyüş xidməti üzrə komandir müavini olan Elxan Xəzər o dövrdə aparılmış uğurlu əməliyyatların ön sırasında olmuş və 10-dan artıq yaşayış məntəqəsinin azad olunmasında iştirak etmişdi. Hələ cəbhədə olduğu dövrdə qələmə aldığı şeirlərlə əsgərləri döyüşə ruhlandırmışdır. 1993-cü ildə “Səngər nəğmələri” adı ilə çap olunmuş kitabdakı poetik nümunələr həmin dövrün məhsuludur.
İndi şairin 20-dən artıq kitabı nəşr olunub və onların bir çoxu hərbi hissələrimizin kitabxanalarında ən dəyərli tərbiyə vasitəsi kimi əsgər və zabitlərin istifadəsindədir. Polkovnik S.Babayev bildirdi ki, onunla hər görüşü səbrsizliklə gözləyir və müəyyən hazırlıq işləri aparırıq. Elə bu görüşdə də kursantlardan bir neçəsi Elxan Xəzərin şeirlərindən nümunələri tədbir iştirakçılarına təqdim etdi.
Sonra o, Elxan Xəzərin həyat və yaradıcılığı haqqında məruzə etmək üçün müharibə veteranı, hərbi jurnalist Yalçın Abbasova söz verdi. Y.Abbasov hərbçi-şairin həyatı, xidməti fəaliyyəti, döyüş yolu, yaradıcılığı, respublika veteran hərəkatında tutduğu layiqli yeri haqqında geniş məruzə etdi.
Ali Hərbi Məktəbin kursantları Elxan Xəzərin “Türkün hər şeyi var”, “Biz etməsək, kim edəcək”, “Döyüşçü nəğməsi”, “Nicat vuruşdadır”, “İndi hünər vaxtıdır”, “Qoy hamı bilsin ki” şeirlərini söylədilər.
Daxili Qoşunların Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik-leytenant Murad Mürsəlov isə şair dostu ilə bağlı xatirələrini danışaraq Elxan Xəzərə həsr etdiyi şeiri oxudu.
Daha sonra döyüşçü-şair Elxan Xəzər tədbir iştirakçıları qarşısında çıxış edərək kursantlara məsləhət və tövsiyələrini verdi, arzu və istəklərini çatdırdı, müxtəlif kitablara daxil edilmiş şeirlərindən nümunələr səsləndirdi.
Görüşə yekun vuran general-mayor İlqar Məmmədov Elxan Xəzərin fəaliyyətini yüksək qiymətləndirdi, kursantlarla görüşə gəldiyinə görə ona təşəkkür etdi və əmin olduğunu bildirdi ki, bu görüşdə həm şairin, həm də veteranların səsləndirdiyi fikirlər kursantların mənəvi-psixoloji hazırlığının yüksəlməsinə müsbət təsir göstərəcək. O, Elxan Xəzərin “Fəxri fərman”la təltif olunduğunu bildirdi və mükafatı tədbir iştirakçılarının alqış sədaları altında şairə təqdim etdi.
Görüşün sonunda Elxan Xəzər müxtəlif illərdə nəşr olunmuş kitablarından nümunələri kursantlara hədiyyə edərək onlarla xatirə şəkilləri çəkdirdi.
"DAXİLİ QOŞUNLARIN ALİ HƏRBİ MƏKTƏBİNİN KURSANTI ADINI DAŞIMAQ BÖYÜK ŞƏRƏFDİR"


Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Azərbaycan Respublikasında hüquq-mühafizə orqanları ilə birgə daxili təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında önəmli rol oynadığı vurğulanıb.
Sentyabrın 13-də Daxili Qoşunların Ali Hərbi Məktəbinə bu il qəbul olan kursantların təntənəli andiçmə mərasimi keçirildi. Mərasimdə Daxili Qoşunlar Komandanının 1-ci müavini-Qərargah rəisi general-mayor Şirin Xəlilov, Daxili Qoşunlar Komandanının müşaviri polkovnik Aziz Altıntepe, Veteranlar Şurasının üzvləri, kursant valideynləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başladı. Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov Daxili Qoşunlar Komandanının 1-ci müavini-Qərargah rəisi general-mayor Ş.Xəlilova şəxsi heyətin mərasimə hazır olması barədə məruzə etdi.
Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.
Kursantlar hərbi andı qəbul etdikdən sonra məktəb rəisi general-mayor İ.Məmmədov çıxış etdi. Andiçmə mərasimini əlamətdar hadisə kimi qiymətləndirərək, zabit peşəsinin ən şərəfli peşələrdən olduğunu bildirdi. Qeyd etdi ki, zabit olmaq bütün həyatını Vətənə xidmətə həsr etməklə yanaşı, vətənpərvər, cəsur, savadlı və ədalətli olmaq kimi xüsusiyyətləri özündə birləşdirməyi tələb edir. Bu keyfiyyətləri gələcəyin zabitlərinə aşılamaqdan ötrü Ali Hərbi Məktəbin komandir və müəllim heyəti var gücü ilə çalışacaqdır.
Tədrisin peşəkar hərbçi müəllimlər tərəfindən həyata keçiriləcəyini diqqətə çatdıran məktəb rəisi bunun üçün Ali Hərbi Məktəbdə yüksək standartlara cavab verən maddi-texniki tədris bazasının və məişət şəraitinin olduğunu vurğuladı. Gələcək zabitlərin də öz növbəsində onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə etdi.
Çıxış edən kursant Şaban Hacıyev bütün yoldaşları adından müqəddəs bayrağa əl basaraq and içdiklərini və lazım gələrsə, bu yolda canlarını fəda edəcəklərinə, zabit adına hər zaman layiq olmağa çalışacaqlarına söz verdi.
Valideynlər adından çıxış edən Süleyman Quliyev bütün valideynləri təbrik edərək, onları bu müqəddəs və şərəfli yolda hər bir kursanta dayaq olmağa çağırdı. Kursantlarla yanaşı, hər bir valideynin də Vətənin əsgəri kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmrləri layiqincə yerinə yetirməyə hazır olduqlarını mərasim iştirakçılarının nəzərinə çatdırdı.
Tədbirdə iştirak edən general-mayor Ş.Xəlilov hərbi andiçmə günü münasibəti ilə kursantları səmimi qəlbdən təbrik edərək tövsiyələrini çatdırdı. Özünün də 40 il bundan öncə kursant adını daşıdığını deyən general-mayor Ş.Xəlilov bu gün müstəqil Azərbaycan dövlətinin and içən kursantlarını gördükdə fəxarət hissi keçirdiyini vurğuladı. Bu andan etibarən kursantların Qoşunların bütün şəxsi heyəti kimi qarşıya qoyulan hər bir tapşırıq üçün məsuliyyət daşıdıqlarını bildirdi. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunların inkişafı naminə göstərdiyi qayğısını xüsusilə vurğulayan Qoşunların Qərargah rəisi bu diqqətin hər bir hərbi qulluqçunu öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığını söylədi.
Ardınca Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun təbrik məktubu şəxsi heyətə çatdırıldı. Təbrikdə Qoşunların bütün şəxsi heyəti kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırığın layiqincə yerinə yetirəcəkləri, Daxili Qoşunların sıralarının daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün səy göstərəcəkləri qeyd edilirdi. Təbrik məktubunda həmçinin sıralarımıza daxil olan gənclərimizin sədaqət hissi ilə döyünən qəlblərinin daima Vətən eşqi ilə alovlanacağına, onların xidməti-döyüş tapşırıqlarını daha keyfiyyətlə yerinə yetirəcəklərinə, eləcə də öz fədakar xidmətlərini əsirgəməyəcəklərinə əminlik ifadə olunurdu.
Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alan kursantlarla görüşüb.
General-leytenant Ş.Məmmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin daha da gücləndirilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyətindən danışaraq qeyd edib ki, bu baxımdan əsas diqqəti təlim və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəltmək günün vacib tələblərindəndir.
Hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbində nəzəri və praktiki təlimlərin peşəkar müəllim heyəti tərəfindən aparıldığını bildirən cənab Komandan qeyd edib ki, məqsəd kursantların bilik və bacarıqlarının, ixtisas hazırlığının artırılmasından ibarətdir.
O, əlavə edib ki, bu gün Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların şəxsi heyəti hərtərəfli şəraitlə təmin olunub. Bildirilib ki, bütün bunlara baxmayaraq, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yüksəldilməsi istiqamətində işlər davam etdirilir.
Vəzifə borclarının tələblərindən irəli gələn tapşırıqların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyini deyən general-leytenant Ş.Məmmədov çıxışı zamanı hərb peşəsinin, xüsusilə də zabit şərəfinin məsuliyyətindən də söz açıb. Qeyd edib ki, Vətənə sevgi, xalqa məhəbbət ruhunda tərbiyə olunan Daxili Qoşunların zabiti dövlət və dövlətçiliyimizin gücləndirilməsi, ölkəmizin daha da qüdrətlənməsi, inkişafı və tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməməli, lazım gələrsə bu şərəfli yolda canından da keçməyə hazır olmalıdır.
Görüşün sonunda Daxili Qoşunlar Komandanı kursantları maraqlandıran sualları cavablandırıb, onların istək və arzularını dinləyib.
Sonra Ali Hərbi Məktəbdə təlim-tədris prosesinin təşkili, keçirilməsi və keyfiyyəti ilə tanış olan general-leytenant Ş.Məmmədov kursantlarla birgə nahar yeməyində iştirak edib.
l AVROPA OYUNLARININ QALİBİ İLHAM ZƏKİYEVİN ALİ HƏRBİ MƏKTƏBİN KURSANTLARI İLƏ GÖRÜŞÜ KEÇİRİLİB
Yanvar ayının 22-də Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının Ali Hərbi Məktəbində ikiqat dünya və Paralimpiya Oyunlarının çempionu, altıqat Avropa çempionu, ilk dəfə paytaxtımızda keçirilmiş I Avropa Oyunlarının qalibi İlham Zəkiyevin kursantlarla görüşü olub.
Tədbiri giriş sözü ilə açan Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov fəxri qonağı səmimi salamlayaraq bu görüşdən olduqca məmnun olduğunu ifadə edərək İ.Zəkiyevin təqdimata ehtiyacı olmadığını bildirib. Qeyd edib ki, Vətənin qeyrətli oğlu, Vətən fədaisi, peşəkar idmançı kimi tanıdığımız İlhamın həyat və fəaliyyəti hər birimiz üçün - istər kursantlarımız, istərsə də pedoqoji kollektiv üçün örnəkdir. General-mayor İ.Məmmədov torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə gözlərinin nurunu itirən Qarabağ əlilinin iti zəkası və dəmir iradəsinin gələcəyin zabitlərinə əsl nümunə olacağını sözlərinə əlavə edib. O, çıxışının sonunda Vətən uğrunda sağlamlığından keçməyə hazır olan hər bir insanın, o cümlədən də İ.Zəkiyevin qarşısında baş əydiyini böyük qürur hissi ilə vurğulayıb.
Sonra görüşün təşkilatçısı professor Hənifə Qurbanov çıxış edərək, Ali Hərbi Məktəbin şəxsi heyətinin, eləcə də kursantların bu cür qəhrəman insanlarla görüşlərinin əhəmiyyətindən danışaraq, bu tədbirlərin onlarda vətənpərvərlik hissinin daha da yüksəlməsinə səbəb olduğunu söyləyib. Ölkəmizin ev sahibliyi etdiyi I Avropa Oyunlarının açılışının məhz İ.Zəkiyevə həvalə olunduğunu xatırladan professor bunu dövlətimizin öz qəhrəmanına yüksək etimadı kimi xarakterizə edib.
Tədbirdə üçrəngli, ay-ulduzlu bayrağımızı dəfələrlə beynəlxalq turnirlərdə ən yüksək zirvəyə qaldırmış qəhrəmanımızın döyüş yolu və qazandığı uğurları əks etdirən video-süjetlər nümayiş etdirilib.
Tədbir iştirakçıları qarşısında çıxış üçün söz İ.Zəkiyevə verilib. O, hərbçilərlə görüşə böyük sevinc hissi ilə gəldiyini deyərək, bu peşənin üstünlüklərindən danışıb. Qeyd edib ki, həyatda Vətənə, xalqa və dövlətə xidmətdən daha şərəfli heç nə ola bilməz. Bu gün də özünü Vətənin əsgəri hesab edən İlham Zəkiyev qətiyyətli şəkildə bildirib ki, hərbçi kimi missiyası yarımçıq qalsa da, idmançı kimi üzərinə düşən missiyanı axıra kimi davam etdirəcək.
O, yarışlardakı inamlı qələbələrdən söz açarkən I Avropa oyunlarının final mərhələsindəki görüşün onun həyatında xüsusilə yadda qaldığını diqqətə çatdırıb: “Zəfərlə nəticələnən həmin görüş məhz 26 iyun - Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününə təsadüf etmişdi. Həlledici görüşdə çox güclü, peşəkar idmançı ilə üz-üzə gəldim. Açığını deyim, onu məğlub etmək o qədər də asan deyildi. Lakin mənim başqa yolum yox idi - yalnız qələbə. Çünki, Ali Baş Komandanın inamını doğrultmalıydım. Belə də oldu, mübarizədən qalib ayrıldım və cənab Prezident məni təbrik edəndə dedim ki, Cənab Ali Baş Komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını uğurla yerinə yetirdi".
Xidmətdə bütün hərbçilərə uğurlar arzulayan idmançımız çıxışdan sonra kursantların suallarını cavablandırıb.
Görüşün sonunda professor H.Qasımov və İ.Zəkiyev general-mayor İ.Məmmədov tərəfindən "Fəxri fərman"la təltif edilib.
KURSANTLARIN SEMESTR İMTAHANININ NƏTİCƏLƏRİ QƏNAƏTBƏXŞDİR
Aprelin 27-də Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin rəhbər heyəti və “Milli Təhlükəsizlik və Müharibə kursu”nun 17 nəfər dinləyicisi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində olub.
Qonaqları səmimi salamlayan Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov Pakistan İslam Respublikası ilə ölkəmiz arasında mövcud dostluq münasibətlərindən söz açaraq, əməkdaşlığın bir çox istiqamətlərdə uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə iki ölkənin müvafiq qurumları arasında hərbi-texniki əməkdaşlıq münasibətlərinin bu gün uğurla davam etdirildiyi vurğulanıb.
Daha sonra qonaqlara Daxili Qoşunların tarixi, döyüş və inkişaf yolu, qəhrəmanlıq nümunələri, Qoşunların bugünkü inkişafı, eləcə də Ali Hərbi Məktəbdə təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış hərtərəfli şərait barədə ətraflı məlumat verilib.
Səmimi və qonaqpərvər qəbul üçün təşəkkürünü bildirən qonaqlar qarşılıqlı dostluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda qonaqlarla xatirə şəkli çəkilib.
ALİ HƏRBİ MƏKTƏBİN KURSANTLARININ HƏRBİ ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB
Tədbir şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatdı.
ALİ HƏRBİ MƏKTƏBDƏ VETERANLARLA GÖRÜŞ