
Yenicə Hərbi and içərək sıralarımıza daxil olmuş əsgərlərimizin vətənpərvərlik mövzusunda qələmə aldığı şerlər inanırıq ki, hər birinizin qəlbini oxşayacaqdır.Əsgər Əzimzadə Kamran Vaqif oğlu 1993-cü ilin noyabrın 28-də Lənkəran şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Milli Aviasiya Akademiyasında “Radiotexnik” ixtisası üzrə ali təhsil alıb. 2014-cü ilin iyul ayının 14-dən Daxili Qoşunların sıralarında xidmət edir. Xidmətə başladığı ilk gündən yüksək nizam-intizamı, bilik və bacarığı ilə fərqlənən Kamranın ən böyük arzusu Vətənə olan müqəddəs borcunu layiqincə yerinə yetirməkdir. Hələ uşaq yaşlarından şerə və poeziyaya böyük maraq göstərən əsgər K.Əzimzadənin xidmətə başladığı ilk gündən qələmə aldığı və Ulu Öndər, Ümummilli Liderimiz Heydər Əliyevə həsr etdiyi “Yaşayacaq hər zaman!” şerini sizlərə təqdim edirik.
YAŞAYACAQ HƏR ZAMAN! |
Əvəzsiz əməllərin yaşayacaqdır hər zaman |
Tanrı vermişdi Səni, bu millətə, diyara |

Yüksək nizam-intizamı və yaradıcılığı ilə fərqlənən digər hərbi qulluqçumuz isə əsgər Şövqi Əmiraslanovdur. Əsgər Əmiraslanov Şövqi Ülvi oğlu 1992-ci ildə Bakı şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Texniki Universitetinin “Nəqliyyatın idarə olunması” fakültəsini müvəffəqiyyətlə başa vuraraq, magistratura pilləsinə qəbul olub. 2014-cü ilin iyul ayının 14-dən isə Daxili Qoşunlarda xidmət edir. Şövqi hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirməyi düşünür. Daxili Qoşunlarda xidməti ilə fəxr etdiyini deyən əsgər Ş.Əmiraslanovun qələmə aldığı “Odlar diyarında” şeri onun əsl vətənpərvər hərbi qulluqçu olmasından xəbər verir.
ODLAR DİYARINDA |
Qoy yaşasın yurdumuz, |
Enməsin bayrağımız, |
Düşmənlərə ar olsun, Vətənimiz var olsun, Tanrı bizə yar olsun, Yurdumun ocağında Bu odlar diyarında! |
Düşmən çox amansızdır, |
Od üstə od qalansın, Yer ilə göy calansın, Yetər ki, yurd alınsın Düşmənin caynağından, Toy bayrama qarışsın, Bu odlar diyarında! |