Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirməsi il bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb ediliblər.

Ordu.az xəbər verir ki, məlumatı DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov tədiqləyib.

O qeyd edib ki, məqsəd koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcək fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsidir:

"Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə bütün paytaxt ərazilərində xidmət aparacaq", - deyə Ehsan Zahidov bildirib.
 
 
"ORDU.AZ" internet saytı, Bakı şəhəri, 30 mart 2020-ci il.