Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Bu münasibətlə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı şəxsi heyətə təbrik məktubu ünvanlayıb

Daxili Qoşunların Hərbi qospitalının yaranmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. 

Mərasimdə veteran həkimlər, respublikamızın səhiyyə müəssisələrinin  aparıcı həkim, professor heyəti və digər qonaqlar iştirak ediblər. 

 Tədbirin rəsmi hissəsi Milli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Dövlət Himni ifa olunub.

Hərbi qospitalın rəisi tibb xidməti polkovniki Şəmsəddin Heydərov tədbiri giriş sözü ilə açaraq, ötən illər ərzində tibbi personalın fədakar xidmətindən söz açıb, onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.

Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının Hərbi qospitalın yaranmasının 25-ci ildönümü münasibətilə şəxsi heyətə ünvanladığı təbrikinin çatdırılıması üçün söz Daxili Qoşunların Baş İdarəsində Tibb xidmətinin rəisi tibb xidməti polkovniki Rasim Qüdrətova verilib. 

 Hərbi qospitalın yarandığı ilk günlərdən tibb işçilərinin ön cəbhədə yüzlərlə yaralı döyüşçülərimizi ölümdən xilas etdiyi xatırladılan təbrik məktubunda bu gün Daxili Qoşunların şəxsi heyətinin sağlamlığının keşiyində müsəlləh əsgər kimi durmuş tibbi personalın vəzifələrinin öhdəsindən məharətlə gəldiyi vurğulanaraq, bundan sonra da qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirəcəklərinə, hərbi bilik və bacarıqlarını, peşəkarlıq səviyyəsini artıracaqlarına, hərbi qulluqçulara yüksək dərəcədə tibbi xidmət göstərəcəklərinə əminlik ifadə edilmişdi. 

Təbrik məktubunda xüsusi olaraq vurğulanmışdır ki, hərbi hissənin şəxsi heyəti Milli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, Vətən, dövlət və xalq qarşısında öz şərəfli borcunu düzgün anlayıb Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi etimadı doğruldacaq, bundan sonra da ləyaqətli xidmət nümunəsi göstərəcəkdir. 

Hərbi Qospital rəisinin müalicə işləri üzrə müavini - Tibb hissəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Şahin Şahmarov çıxışında Hərbi qospitalın yaranması, keçdiyi döyüş yolu, formalaşması və müasir standartların tələblərinə cavab verən tibb müəssisəsinə çevrildiyi vurğulayıb.

 Mərasimdə iştirak edən bir sıra qonaqlar da çıxış edərək, yubiley münasibətilə şəxsi heyəti təbrik edib, arzu və tövsiyələrini çatdırıblar. 

Sonra Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının və hərbi hissə komandirinin əmrlərinə əsasən, xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdirdiklərinə görə Hərbi qospitalın bir qrup hərbi qulluqçusuna “Təşəkkür”, “Fərman”, “Qiymətli hədiyyə” və digər mükafatlar təqdim olunub.

Rəsmi hissə başa çatdıqdan sonra Yubiley mərasimi Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrin solistlərinin konsert proqramı ilə davam etdirilib.





Çap et  Çap et