Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Bu günlərdə ölkəmi zin hər yerində dünyanın nadir şəxsiyyətləri ilə bir sırada dayanan, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi insan, Milli Lider Heydər Əliyevin əziz xatirəsi böyük ehtiram hissi ilə anılır. Bununla əlaqədar, dekabrın 7-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Mərasimdə millət vəkili Elman Nəsirov iştirak edib. Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Dövlət Himni ifa edilib.

Qeyd olunub ki, müstəqil Azərbaycanın zamanın ağır və çətin sınağından çıxarılaraq dünyada tanınan nüfuzlu bir dövlətə  çevrilməsi məhz Milli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Heydər Əliyev 14 il öncə canından çox sevdiyi, uğrunda özünü fəda etdiyi torpağa qovuşsa da, Daxili Qoşunların şəxsi heyəti onun əziz xatirəsini hər an qəlbində yaşadır.

Məhz dahi şəxsiyyətin Azərbaycan rəhbərliyinə tarixi qayıdışından sonra müstəqil dövlətimizin təhlükəsizliyinin etibarlı keşikçilərindən olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidməti - döyüş fəaliyyəti yüksək qiymətləndirilmiş, dövlət quruculuğu prosesində Qoşunların düzgün istiqamətdə təşkil olunması, qurulması və formalaşması əhəmiyyətli məsələlərdən biri kimi önə çəkilmişdir. Bununla da, Daxili Qoşunlar inkişafın yeni mərhələsinə qədəm qoyaraq ildən-ilə təkmilləşmiş, müasirləşmiş, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən peşəkar bir quruma çevrilmişdir. Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib.
 
Sonra “Heydər Əliyev müasir Azərbaycanın banisidir” mövzusunda çıxış üçün söz millət vəkili Elman Nəsirova verilib. O, Azərbaycan xalqının müdrik olğu, qətiyyəti ilə heyranlıq doğuran, yenilməz iradə sahibi Heydər Əliyevin gənc, müstəqil dövlətimizi labüd fəlakətlərdən qurtaran dahi şəxsiyyət olduğunu diqqətə çatdırıb. Milli Liderin xalq, Vətən, dövlət və dövlətçilik uğrunda əvəzsiz xidmətlərindən bəhs edən millət vəkili qeyd edib ki, yüz illər keçsə də, Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmayacaq.

Mətbuat xidməti
 
  





Çap et  Çap et