Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Daxili Qoşunlar Komandanının müavini – Maddi-texniki Təminat İdarəsinin rəisi general-mayor Səmədov Fəxrəddin Cavanşir oğlu

 1960-cı ildə Xaçmaz şəhərində anadan оlmuşdur.

1977-1981-ci illərdə SSRİ DİN-in Xarkov Ali Hərbi Arxa Cəbhə Məktəbində təhsil almışdır.

1981-1991-ci illərdə SSRİ DİN-in Daxili Qоşunlarında ərzaq xidməti rəisinin köməkçisi, tabor komandirinin təchizat üzrə müavini, ərzaq xidmətinin rəisi, hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini vəzifələrində xidmət etmişdir. 1991-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qоşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.

1991-2007-ci illərdə DİN-in Daxili Qоşunlarında hərbi hissə (alay) kоmandirinin arxa cəbhə üzrə müavini, Baş İdarədə ərzaq xidmətinin rəisi, hərbi hissə (briqada) komandirinin arxa cəbhə üzrə müavini, Baş İdarədə arxa cəbhə rəisinin müavini - qərargah rəisi, hərbi hissə (alay) kоmandiri, Baş İdarənin Maddi-texniki Təminat İdarəsində Qərargah rəisi-İdarə rəisinin müavini vəzifələrində xidmət etmişdir.

2002-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 aprel tarixli 2087 nömrəli sərəncamı ilə  Daxili Qoşunlar Komandanının müavini – Maddi-texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il tarixli 06 may və 2014-cü il 08 mart tarixli sərəncamları ilə “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12.03.2009-cu il tarixli 203 nömrəli sərəncamı ilə “general-mayоr” hərbi rütbəsi verilmişdir.

Ailəlidir. Bir övladı var.




Çap et  Çap et