Daxili Qoşunların hərbi qulluqçusu gizir Ruslan Lunev IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında qalib gələrək İslamiadada dördüncü qızıl medalını qazanıb. İdmançımız hamıdan çox - 240.7 xal toplayıb. 

Xatırladaq ki, hərbi qulluqçumuz Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub. Ruslan Lunev 25 metr məsafədən tapança ilə sürətli atəşaçma yarışında ikinci qızıl medala yiyələnib. Mayın 15-də isə Ruslan Lunev IV İslam Həmrəyliyi Oyunlarında standart tapança ilə atəş açma yarışında üçüncü qızıl medalını aktivinə yazdırıb.