26 01 2016 Kursantların semestr imtahanının nəticələri qənaətbəxşdir

Bu gün Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbində ali xüsusi-hərbi təhsilli kadrların hazırlanması, zabit və gizirlərin ixtisaslarının artırılması, eləcə də elmi-təhqiqat işlərinin aparılması uğurla həyata keçirilir. Təlim-tədris prosesinin yekunu olaraq semestr imtahanlarına cəlb olunan kursantların əldə etdikləri nəticələr də bunu deməyə əsas verir.

24 01 2016 Daxili Qoşunların Komandanı əsgər valideynləri ilə görüşüb

Yanvarın 24-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində əsgər valideynləri ilə görüşüb, onların təklif və müraciətlərini dinləyib.