Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qərargah rəisi general-mayor Hüseynov Tofiq Vaqif oğlu.

 1974-cü ildə Ermənistan SSR, Krasnoselsk rayonu, Ardanış kəndində anadan olmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 
 
1993-1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, 2013-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır. 2017-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının dinləyicisidir. 
 
1997-2003-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında sərhəd zastavası rəisinin müavini, sərhəd zastavası rəisi, sərhəd komendantlığının komendantının müavini – qərargah rəisi vəzifələrində xidmət etmişdir. 

2003-2008-ci illərdə Dövlət Sərhəd Xidmətində baş zabit, çevik hərəkət taborunun komandiri vəzifələrində xidmət etmişdir.

2008-2017-ci ilə kimi DİN-nin Daxili Qoşunlarının Baş İdarəsinin Qərargahında Əməliyyat və döyüş hazırlığı İdarəsinin əməliyyat şöbəsində baş zabit, hərbi hissə komandirinin tərbiyə işləri üzə müavini və hərbi hissə komandiri vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 yanvar tarixli 2632 nömrəli Sərəncamı ilə DİN-nin Daxili Qoşunları Qərargahı rəisinin 1-ci müavini vəzifəsinə təyin edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2018-ci il tarixli 3681 nömrəli Sərəncamı ilə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2010-cu il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
 
Azərbaycan Respublikası Prezidentinin 09 mart 2018-ci il tarixli 3768 nömrəli sərəncamı ilə “general-mayоr” hərbi rütbəsi verilmişdir. 

Ailəlidir, iki övladı var.